“Günahsız insanlarımızın ruhları Mehdiyev-Kərimli cütlüyünə qənim oldu”

“Günahsız insanlarımızın ruhları Mehdiyev-Kərimli cütlüyünə qənim oldu”
SİYASƏT
21:17 29.11.2025
613
"Ramiz Mehdiyev - Əli Kərimli ittifaqının son 6 ildə dövlət çevrilişinə açıq cəhdləri 19 oktyabr 2019-cu ildə (Ramiz Mehdiyev işdən çıxarılmamışdan 4 gün öncə yəni) baş tutmayıb. 19 oktyabr 2019-cu ildə ölkə xaricindən idarə olunan küçə uşaqlarının təbliğatı ilə, ölkə daxilində AXCP-nin təşkilatçılığı ilə icazəsiz təxribat xarakterli mitinqə cəhd edildi. Burada məqsəd küçələrdə ixtişaşlar törətmək, bu yolla siyasi xaos və böhran yaratmaq, küçələrdə insanların kontrolsuzluğunu yaradaraq Ramiz Mehdiyevin hakimiyyətdaxili özünə sadiq qüvvələri ilə hakimiyyəti götürməsinə - AXCP və Milli Şura rəhbərliyi ilə Dövlət Şurası təsis etməsi ilə nəticələnəcəyinə hesablanmışdı”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib. 

O qeyd edib ki, Əli Kərimli etirazçıları qızışdırmaq məqsədilə 14 ildən sonra ilk dəfə şəxsən özü də mitinqə qoşuldu:

"Əsas "savaş” olduğunu nəzərə alan Əli Kərimli etirazçıları qızışdırmaq məqsədilə 14 ildən sonra ilk dəfə şəxsən özü də mitinqə qoşuldu. Amma onun bu cəhdi alınmadı. Əksinə, Ramiz Mehdiyevin bu təxribatlarda bilavasitə iştirakı həmin aksiyadan 4 gün sonra onun Prezident Administrasiyasından AMEA-ya sürgünü ilə nəticələndi. Bu olanlardan dərs çıxarmayan Mehdiyev-Kərimli ittifaqı dayanmadı. Öz uğursuz cəhdlərini və ya siyasi hikkələrini "nə olursa, olsun təmin etməliyik” sevdasını daxillərində yaşatdılar. 2019-cu ilin bəhs etdiyim təxribat cəhdlərindən son yənə dayanmadılar”.

Partiya sədri qeyd edib ki, daha sonra Ramiz Mehdiyev 2020-ci ilin 12-15 iyul aralığında xarici xüsusi xidmət orqanlarının yardımı ilə Tovuz istiqamətində Ermənistan hərbi şovinistlərinin təxribat törətməsinə nail oldu:

"Ardınca, Ramiz Mehdiyev 2020-ci ilin 12-15 iyul aralığında xarici xüsusi xidmət orqanlarının yardımı ilə Tovuz istiqamətində Ermənistan hərbi şovinistlərinin təxribat törətməsinə nail oldu. Bu təxribatların fonunda generalımız, polkovniklərimiz və neçə-neçə digər rütbələrdə və vəzifələrdə olan hərbçilərimiz şəhid oldu. Ramiz Mehdiyevin siyasi xaos strategiyasında bütün bu baş verənlərdən istifadə edərək ölkə daxilində süni formada ictimai-siyasi gərginlik yaratmaq işi Əli Kərimlinin üzərinə düşürdü. 2020-ci ilin 14 iyuldan 15-nə keçən gecə Əli Kərimli öz missiyasını tapşırığa əsasən yerinə yetirməyə cəhd etdi. Məhz Əli Kərimlinin tapşırığı əsasında küçələrə çıxaraq öz ordusuna dəstək verən böyük xalq kütləsi təxribatlara sürükləndi. Dövlətinə, Prezidentinə dəstək üçün toplanmış xalq kütləsinin daxilinə yeridilmiş Mehdiyevçi qruplar, eyni zamanda Əli Kərimliyə sadiq şəxslər siyasiləşməmiş saf, qəlbi vətəni üçün yanan xalq toplumunu təxribatlara çəkərək Parlament binasının tutulmasına və beləliklə də, ölkədə dövlət çevrilişinə nail olmağa cəhdlər etdi. Lakin heç şübhəsiz ki, xalqımızın ayıq-sayıqlığı və hüquq mühafizə orqanlarımızın operativliyi nəticəsində, bu cəhd də baş tutmadı”. 

O bildirib ki, Mehdiyev-Kərimli ittifaqı anlamaq istəmədilər ki, xalq tərəfindən dəstəyi olmayanların hakimiyyətə gəlməsi mümkün deyil:

"Mehdiyev-Kərimli ittifaqı anlamaq istəmədilər ki, xalq tərəfindən dəstəyi olmayanların hakimiyyətə gəlməsi mümkünsüzdür. Xalq içində sosial bazası olmayan, xalq daxilində heç bir nüfuzu olmayan şəxslərin istənilən addımı xalq tərəfindən şübhəsiz ki, lənətlənmiş olacaqdır.
Mehdiyev-Kərimli siyasi ittifaqı, onların siyasi hakimiyyət hikkəsi, hakimiyyətə gəlmək üçün yüzləri, minləri qurban vermək istəkləri və bu istəklərin fonunda təyyarə qəzası nəticəsində, həyatını itirmiş onlarla soydaşımızın qanı bahasına yenə də nələrəsə cəhdlər etmək istəkləri növbəti dəfə iflasa uğradı. Bu dəfə onları təkcə xalqımız lənətləmədi. Bu dəfə həlak olmuş günahsız insanlarımızın ruhları da onlara qənim oldu. Artıq hər bir məsələ ortadadır. Xalqımız çox şeyi görür və bilir. Mühakimə zamanı yetişib. İndi qanun və xalq qarşısında hesabat vaxtıdır. Necə deyərlər, heç kəs yaşatdığını yaşamadan bu həyatdan köçməz”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı