Gürcüstan keçmiş Baş nazirin ekstradisiyasını tələb edə bilər

Gürcüstan keçmiş Baş nazirin ekstradisiyasını tələb edə bilər
SİYASƏT
18:56 13.11.2025
174
Gürcüstanın sabiq Baş naziri, müxalif "Qaxariya naminə Gürcüstan” partiyasının lideri Giorgi Qaxariyanın ekstradisiyası tələb oluna bilər.

Bu barədə Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski bildirib.

O, istintaqın sübutlara malik olduğunu qeyd edib.

"Müvafiq qurum Qaxariyanın ekstardisiyasının tələb olunub-olunmaması barədə qərar qəbul edəcək. Vəziyyətə baxsaq, Çorçana kəndində nəzarət-buraxılış məntəqəsinin açılmasının çox ağır nəticələri olub. Əsaslı şübhə var ki, bu, qarşıdurma yaratmaq məqsədilə qəsdən edilib”, - Volski deyib.

Vitse-spiker 2019-cu ilin 20 iyun hadisələrinə gəlincə bildirib ki, Strasburq məhkəməsi polisin qanunsuz hərəkətlərinin araşdırılmasını tələb edib.

"Baş verənlərin qiymətləndirilməsi faktlarla möhkəmləndirilməlidir. Bu halda müvafiq strukturlar Qaxariyanın ekstradisiyasını tələb edə bilərlər”, - Volski əlavə edib.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Qaxariya barəsində cinayət işi açıb. İş 2019-cu ilin 20-21 iyun hadisələri və işğal xətti yaxınlığında yerləşən Çorçana kəndində polis postunun yaradılması ilə əlaqəlidir. İttihamlara əsasən keçmiş hökumət başçısı 13 ilədək həbs müddəti ilə üzləşə bilər.

Xatırladaq ki, Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub. O, bu ilin iyununda Gürcüstanı tərk edib, hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır. Beynəlxalq qanunvericiliyə əsasən, o, Gürcüstana təhvil verilə bilməz və yalnız Gürcüstana döndüyü zaman həbs oluna bilər.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası