Gürcüstanda itkin düşən azərbaycanlı qız tapıldı

Gürcüstanda itkin düşən azərbaycanlı qız tapıldı
DÜNYA
19:16 13.04.2021
706
Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki gün öncə itkin düşən 18 yaşlı Nərmin İsayeva tapılıb.

Bu barədə "Rustavi 2” telekanalı məlumat yayıb.

N.İsayevanın Marneulidə olduğu və sevdiyi gəncə ərə getdiyi bildirilib.

Azərbaycanlı qız 6 ay bundan öncə digər gənclə nişanlanıb və toyun yaxın günlərdə keçiriləcəyi gözlənilirdi. N.İsayevanın nişanlısını sevmədiyi və onunla ailə həyatı qurmamaq üçün evdən qaçdığı məlum olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR