Hafiz Paşayev: “İstəyimiz odur ki, cavanlarımız xaricə üz tutmasınlar”

GƏNCLİK
13:35 11.09.2011
1835
“Bu il Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistr pilləsinə 37 tələbə qəbul olunub. Bu, tələbələrin 30 faizi müxtəlif ölkələri təmsil edir”. Bunu xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev AzərTAc-a müsahibəsində deyib.Hafiz Paşayev bildirib ki, bununla yanaşı, bu il akademiyaya ilk dəfə olaraq bakalavr pilləsi üzrə də tələbə qəbul olunub. Elmin sirlərinə ADA-da yiyələnmək istəyən yüksək bal toplamış 60 tələbə məhz bu ali təhsil ocağını seçib.“Bir il bundan sonra biz yeni tikilən binaya köçəcəyik və orada təbii ki, artım olacaqdır. Ümumilikdə 2015-2016-cı illərdə ADA-ya 1500-1600 tələbə qəbulunu planlaşdırırq. İstəyimiz odur ki, cavanlarımız xaricə üz tutmasınlar, ADA-da istədikləri bilikləri qazansınlar” - deyə rektor vurğulamışdır.

OXŞAR XƏBƏRLƏR