Hakan Fidan: Türkiyə ordusunun Yəmənə yeridilməsi müzakirə edilmir

Hakan Fidan: Türkiyə ordusunun Yəmənə yeridilməsi müzakirə edilmir
DÜNYA
22:16 21.11.2026
90
Türkiyə silahlı qruplaşma olan husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistana yardım göstərir, lakin Yəmənə ordu yeritməyəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"in efirində bildirib.

"Məkkə sazişi üzrə ölkələrin öhdəlikləri var. Bu ittifaqa üzv ölkələr bir-birinə etimad bəsləyir. Səudiyyə Ərəbistanına da hava hücumundan müdafiə sahəsində yardım edirik. Yəmənə Türkiyə ordusunun yeridilməsi isə müzakirə predmeti deyil", - o deyib.

Fidan bildirib ki, husilərin Yaxın Şərqdə yaratdığı gərginlik yeni yaranmayıb: "Sadəcə dünya diqqət yetirmirdi. Hazırda bu münaqişəyə vaxt ayırmaqlarına səbəb husilərin Bab-əl-Məndəb boğazına nəzarətidir. Çünki Hörmüz boğazı da açılmayıb".

Onun fikrincə, ABŞ ilə İran arasında mümkün razılaşma yalnız Hörmüz boğazının açılması üçün önəmli deyil, həm də qlobal maliyyə böhranının aradan qaldırılması baxımından vacibdir.
OXŞAR XƏBƏRLƏR