“Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz” - MŞ sədri

“Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz” - MŞ sədri
MEDIA
18:25 01.11.2026
305
Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir:

"APA TV-nin müxbiri Sənan Bəhrəmlinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğın hadisəsini işıqlandırarkən fiziki hücuma məruz qalması, təhqir edilməsi və peşə fəaliyyətinə maneçilik törədilməsi qəbuledilməzdir.

Jurnalistin hadisə yerində ictimai əhəmiyyət daşıyan məlumatları toplaması və cəmiyyətə çatdırması onun peşə vəzifəsidir. Bu fəaliyyətə qarşı fiziki güc tətbiq edilməsi, təhdid və təhqirlərə yol verilməsi yalnız jurnalistin hüquqlarına deyil, bütövlükdə informasiya əldə etmək və yaymaq azadlığına qarşı yönəlmiş davranışdır.

Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə, onu təhqir edə və texniki avadanlığına zərər vura bilməz. Hadisə yerində təhlükəsizlik və qaydaların qorunması qanuni çərçivədə təmin edilməli, jurnalistlərin fəaliyyəti isə əsassız məhdudlaşdırılmamalıdır.

Baş vermiş hadisə aidiyyatı orqanlar tərəfindən hərtərəfli və obyektiv araşdırılmalı, jurnalistə qarşı zorakılıq törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməli və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir".
OXŞAR XƏBƏRLƏR