HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik

HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
DÜNYA
16:58 31.07.2026
508
HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həmad bildirib ki, təşkilat Qəzzada hərtərəfli atəşkəsi nəzərdə tutan paket razılaşmanı qəbul edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Həmadın sözlərinə görə, razılaşma İsrail qoşunlarının Qəzzadan çıxarılması, bölgənin yenidən qurulması, beynəlxalq qüvvələrin yerləşdirilməsi və Fələstin Milli Komitəsinin idarəçiliyi öz üzərinə götürməsini əhatə edir.

O qeyd edib ki, tərəflər razılaşmanın ümumi prinsipləri üzrə ortaq mövqeyə gəliblər. İcra mexanizmləri və vaxt cədvəlinin müəyyənləşdirilməsi üçün isə növbəti danışıqlar mərhələsi keçiriləcək.

HƏMAS rəsmisi vurğulayıb ki, İsrail razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, HƏMAS da öz öhdəliklərini icra etməyəcək.

"Bir mərhələ tam başa çatmadan növbəti mərhələyə keçilməyəcək", – deyə Həmad bildirib.

Onun sözlərinə görə, silahlarla bağlı razılaşmaların icrası da İsrailin ilk mərhələdə atəşkəs şərtlərini yerinə yetirməsi, Qəzzadan çıxması, Milli Komitənin fəaliyyətə başlaması, beynəlxalq qüvvələrin yerləşdirilməsi və silahlı qrupların ləğv edilməsi ilə şərtləndirilir.

Həmad əlavə edib ki, razılaşmada ağır silahların İsrail öhdəliklərini yerinə yetirdikdən sonra Fələstin Milli Komitəsinin nəzarətində saxlanılması da nəzərdə tutulur.

Bundan başqa, razılaşmanın icrasına nəzarət edəcək beynəlxalq komitənin yaradılması da paketə daxildir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
19:40 17.09.2026
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
4 gün iş olmayacaq
19:10 17.09.2026
4 gün iş olmayacaq
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
18:47 17.09.2026
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
18:35 17.09.2026
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
18:23 17.09.2026
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"