“Heydər Əliyev İli” çərçivəsində Naftalanda keçirilən tədbirlər davam etdirilir - FOTOLAR

“Heydər Əliyev İli” çərçivəsində Naftalanda keçirilən tədbirlər davam etdirilir - FOTOLAR
SOSİAL
14:56 25.04.2023
1378
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə "2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Naftalan şəhərində ŞİH-nin təşkilatçılığı ilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkilləri Anar Məmmədov, Ramin Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ziyalıları iştirak edib.
 
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Həmçinin, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablarla, əl işlərindən və rəsm işlərindən ibarət sərgi ilə tanış olublar. 
Tədbirdə öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
ŞİH-nin başçısı çıxış edərək qeyd edib ki, Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Ümummilli Liderin rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Xalqımız Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yüksək zirvələr fəth edəcəkdir.
Tədbirdə çıxış edən Millət vəkilləri mövzu ətrafında geniş məzmunda çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
 








Çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, dövlət idarəçiliyi ənənələrindən bəhs etmişlər.
Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə şəhər məktəbliləri arasında keçirilmiş "Sən Elə Bir Zirvəsən” adlı şeir müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla təltif olunub, xatirə şəkli çəkilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO