Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Moldovada anım tədbiri keçirilib - FOTOLAR

Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Moldovada anım tədbiri keçirilib - FOTOLAR
SOSİAL
16:03 11.05.2026
422
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Moldovada təhsil alan azərbaycanlı qazilər və digər tələbələr tərəfindən anım tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, birliyin üzvü olan qazilər və digər tələbələr iştirak ediblər. İştirakçılar daha sonra Ümummilli Liderin xatirəsini ehtiramla yad edərək büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Bəhruz Məmmədzadə bildirib ki, Azərbaycanın müasir tarixində dərin iz qoymuş görkəmli şəxsiyyətlərdən biri məhz Heydər Əliyevdir.

O qeyd edib ki, Ulu Öndər dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli birliyin qorunması və xalqına sonsuz sevgisi ilə Azərbaycan tarixində silinməz iz buraxmış böyük siyasi liderdir:

"Bu gün də Heydər Əliyev öz adı ilə liderlik nümunəsinin, vətənpərvərliyin və dövlətçiliyin rəmzi kimi xalqın qəlbində yaşayır. Onun müəyyən etdiyi siyasi kurs Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayıb və həmin siyasət ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil edir”.

Tədbirdə çıxış edən digər iştirakçılar da Ümumilli Liderin dövlətçiliyin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi xidmətlərdən danışıblar.

Vurğulanıb ki, dahi şəxsiyyətin ideyaları elə indi də Azərbaycan gəncliyi və vətənpərvər qazilər üçün mühüm örnək olaraq qalır.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
Metroda dəyişiklik olacaq
12:59 14.09.2026
Metroda dəyişiklik olacaq
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
12:36 14.09.2026
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
12:19 14.09.2026
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
12:11 14.09.2026
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
11:46 14.09.2026
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
11:42 14.09.2026
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
11:28 14.09.2026
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
11:22 14.09.2026
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
11:18 14.09.2026
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri