İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub
İQTİSADİYYAT
17:26 07.11.2026
76
5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forumda ölkənin müxtəlif bölgələrindən 400-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) da forumda təmsil olunaraq vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm platformada iştirak edib.

İki gün davam edən forum çərçivəsində dövlət–vətəndaş cəmiyyəti münasibətləri, QHT sektorunun institusional inkişafı, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq və ictimai təşəbbüslərin dəstəklənməsi kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

İCMA olaraq hesab edirik ki, biznes sektoru ilə vətəndaş cəmiyyəti arasında əlaqələrin gücləndirilməsi dayanıqlı inkişaf, sosial məsuliyyət və yeni ictimai təşəbbüslərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür platformalar fərqli sektorların nümayəndələrini bir araya gətirərək gələcək tərəfdaşlıqlar üçün əlverişli zəmin yaradır.

Forumun yüksək səviyyədə təşkilinə, yaradılan səmərəli mühitə və göstərilən qonaqpərvərliyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, xüsusilə Agentliyin rəhbərliyinə və kollektivinə İCMA adından təşəkkürümüzü bildiririk.

İnanırıq ki, forum çərçivəsində qurulan əlaqələr gələcəkdə yeni əməkdaşlıqlara və birgə təşəbbüslərə çevriləcək.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR