İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR
İQTİSADİYYAT
16:52 06.03.2026
2626
Martın 5-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşəbbüsü ilə "Təhsil sektoru”na həsr olunmuş sektorial görüş təşkil olunub. Tədbirin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən qurumlar, dövlət strukturları və sahibkarlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, həmçinin sahədə mövcud aktual məsələlərin müzakirəsi olub.

Görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, sahibkarlar və təhsil sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbiri açılış nitqi ilə başlayan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin məqsədi haqqında məlumat verib. O bildirib ki, bu cür görüşlər müxtəlif sahələr üzrə sahibkarların və mütəxəssislərin vahid platformada bir araya gətirilməsinə xidmət edir. Tural Mustafayev qeyd edib ki, təhsil sektoru ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu sahədə dövlət qurumları, ali təhsil müəssisələri və biznes nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, bu tip təşəbbüslər yeni layihələrin formalaşmasına və tələbələrin karyera imkanlarının genişlənməsinə də töhfə verir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov təhsil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər. Çıxışlarda ali və peşə təhsilinin inkişaf istiqamətləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrin məşğulluq imkanlarının artırılması məsələləri xüsusi vurğulanıb.

Tədbirdə həmçinin sponsor qurumların nümayəndələri də çıxış ediblər. Türk Hava Kurumu Universitetinin Bakı nümayəndəliyinin direktoru Fuad Hacıyev, "Pak Xalça” şirkətinin təsisçisi Vüqar Əhmədov və "Focus Optika” şirkətinin direktoru Məmmədemin İslamov təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək biznes və təhsil əməkdaşlığının əhəmiyyətindən danışıblar. Onlar bu istiqamətdə həyata keçirilə biləcək birgə layihələr barədə də təkliflərini səsləndiriblər.

Görüş zamanı təhsil sahəsində tətbiq olunan yeniliklər, tələbələrin karyera inkişafı üçün yaradılan imkanlar və dövlət–biznes–təhsil əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
12:25 02.10.2026
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?