“İdeyadan biznesə” düşərgəsi başa çatdı - FOTOLAR

“İdeyadan biznesə” düşərgəsi başa çatdı - FOTOLAR
GƏNCLİK
19:53 26.08.2022
2846
"Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 22-26 avqust tarixlərində keçirilən "Yay Fest”in "İdeyadan biznesə” düşərgəsi başa çatıb. 

AZXEBER.COM bildirir ki, düşərgəyə respublikanın paytaxt və regionlardan innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220-dən çox gənc qatılıb.

Düşərgə müddətində iştirakçılar üçün innovasiya və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim edilməsi və digər mövzularda təlimlər, seminarlar, təqdimatlar, hakatonlar, müxtəlif sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə master-klaslar keçirilib. İştirakçılar aqro texnologiyalar, yaradıcı sənaye, elm və təhsil, turizm, sosial innovasiyalar, media texnologiyaları üzrə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Medianın İnkişafı Agentliyinin mütəxəssisləri tərəfindən məlumatlandırılıblar. Həmçinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də innovasiyaların inkişafına dəstək göstərən digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə "Startaplara dövlət dəstəyi” mövzusunda açıq müzakirlər keçirilib.

Düşərgənin daha maraqlı və yaddaqalan olması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif intellektual, əyləncəli yarışlar, idman oyunları, müsabiqələr, yaradıcılıq gecələri, konsert proqramları, eləcə də gəzintilər təşkil edilib.

Xatırladaq ki, "İdeyadan biznesə” düşərgəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra edilən "Yay Fest – Azərbaycan Gənclər Festivalı” çərçivəsində "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) eyniadlı layihəsi əsasında keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsində dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.
 
 







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq