"Sabah"ın futbolçusunun üzündə sınıq aşkarlandı
Ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan "Qarabağ” - "Sabah” oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gətirilib.
Bu barədə klub məlumat yayıb.
Bildirilib ki, ilkin müayinənin nəticəsinə görə, hücumçu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb.
Qeyd edək ki, qarşılaşma "Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb....