Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı
SOSİAL
20:53 02.05.2026
583
Göygöldə toyda iki qardaş bıçaqlanıb.

AZXEBER.COM APA-ya istimadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR