İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...
SOSİAL
21:59 05.05.2026
578
Bakıda may ayında ilanların aktivləşdiyi bildirilir. Bu ilanların bir qisminin zəhərli olması sakinlər arasında narahatlıq yaradıb.

İlanlarla qarşılaşanlar hansı tədbirləri görməlidir? Ümumiyyətlə, ilanla qarşılaşmamaq üçün nə etmək olar?

Globalinfo.az-a danışan ARETN Canlı sistemlərin tədqiqi PHŞ dosenti, b.ü.f.d. Səbinə Bünyatova deyib ki, ilanlar soyuqqanlı heyvanlardır və onların aktivliyi birbaşa ətraf mühitin temperaturundan asılıdır:

"Bu səbəbdən havalar isinən kimi onlar aktivləşməyə başlayır, qış sığınacaqlarından çıxaraq yer səthinə qalxırlar. Bu il havaların istiləşməsi bir qədər gecikdiyi üçün ilanların aktivləşməsi də gec baş verdi. Adətən mart-aprel aylarında müşahidə olunan proses bu il may ayına təsadüf etdi. Qış dövründə passiv olduqları üçün onlar enerji ehtiyatlarını bərpa etmək məqsədilə aktiv şəkildə qidalanmağa başlayırlar”.

S.Bünyatova qeyd edib ki, havalar istiləşdikdən sonra ilanların əksər növləri aktivləşir:

"Əgər söhbət Abşeron yarımadasından gedirsə, burada Azərbaycanda yayılmış bir çox ilan növlərinə rast gəlinir. Onların arasında zəhərli gürzə də var. Son illərdə tikintilərin artması ilə insanlar təbii ərazilərə daha çox müdaxilə edir və yaşayış massivləri genişlənir. Bu isə ilanların təbii yaşayış mühitinə daxil olunmasına səbəb olur. Buna baxmayaraq, ilanlar hələ də həmin ərazilərdə qalmaqda davam edir”.

Ekspert bildirib ki, ilanla qarşılaşan şəxslər mütəxəssislərə müraciət etməlidir:

"Ən doğru yanaşma mütəxəssisin çağırılmasıdır. O, gəlib ilanı tutaraq ərazidən uzaqlaşdırmalı və təbii mühitə buraxmalıdır. Əgər ilan evdə və ya həyətyanı sahədədirsə, bu xüsusilə vacibdir. Açıq ərazilərdə isə ilanlar qida axtarışı zamanı müəyyən məsafələr qət etdikləri üçün müxtəlif yerlərdə görünə bilərlər və gün ərzində aktiv olurlar. Dərmanlama üsulları isə müvəqqəti effekt verir. Külək və ya yağış nəticəsində bu vasitələr tez təsirini itirir və ilanları daimi olaraq uzaqlaşdıra bilmir. Əgər ilan gəmiricilərlə qidalanan növdürsə (məsələn, gürzə və ya təlxə), həmin ərazidə gəmiricilərin sayını azaltmaq vacibdir. Belə olduqda ilanlar qida axtarmaq üçün həmin əraziyə gəlməz. Bu, ən əsas profilaktik tədbirlərdən biridir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır