İldə 1,7 milyon körpə ölür: uşaq ölümlərinin əsas səbəbi açıqlandı

İldə 1,7 milyon körpə ölür: uşaq ölümlərinin əsas səbəbi açıqlandı
SAĞLAMLIQ
16:05 06.03.2017
2114

5 yaşına qədər hər 4 uşaqdan birinin ölüm səbəbi qeyri-sağlam ətraf mühitlə əlaqələndirilir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda qeyd edilib.  Belə ki, dünyada hər il ekoloji risklər – hava çirkliliyi, siqaret tüstüsünə məruz qalmaq, çirkli su, kanalizasiyanın olmaması və qeyri-kafi gigiyena 5 yaşına qədər 1,7 milyon uşağın ölümünə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir ki, 1 aydan 5 yaşa qədər uşaqlar arasında ən geniş yayılmış ölüm səbəbləri sırasında diarreya, malyariya və pnevmoniya yer alır.

Uşaqların tam formalaşmamış immunitet sistemi, inkişaf etməkdə olan orqanları, balaca bədən və hava yolları onları çirkli havaya qarşı daha həssas edir.

Çirkli hava riskləri ana bətnində ikən təsirini göstərməyə başlayır və hətta erkən doğuşa da səbəb ola bilər.

Körpələr və məktəbəqədər yaş dövründə olan uşaqlar siqaret tüstüsünə və çirkli havaya məruz qaldıqda onlarda astma kimi xroniki tənəffüs sistemi xəstəlikləri riski daha yüksək olur. Çirkli hava uşaqlarda xərçəng , ürək xəstəliyi və iflic riskini də artırır.

ÜST uşaq ölümlərinin  5 əsas səbəbini də müəyyən edib:

1.  Hər il 5 yaşına qədər 570 min uşaq respirator xəstəliklərdən dolayı dünyasını dəyişir. Passiv siqaret çəkilməsi və ətraf mühitin çirklənməsi pnevmoniya kimi xəstəliklərin yaranmasına səbəb olur.

2. Hər il 361 min uşaq diareya xəstəliyindən dünyasını dəyişir ki, keyfiyyətsiz su, sanitar və gigiyena qaydalarına riayət olunmaması uşaqlarda mədə pozulmasına və bu xəstəliyin yaranmasına səbəb olur.

3. Erkən doğuş isə 270 min körpənin vaxtsız ölümü ilə nəticələnir. Bildirilir ki, bu dəhşətli statistikanın qarşısını almaq üçün təmiz su, tibb  məntəqələrində sanitar və gigiyenik xidmətlərin səviyyəsi artırılmalıdır.

4. Hər il 0-5 yaş arasında 200 min uşağın ölüm səbəbi isə malyariyadır. Xəstəlik daşıyıcısı olan ağcaqanadların məhvi və içməli su bu xəstəliyin yayılmasının qarşısını ala bilər.

5. Yıxılma, zəhərlənmə, boğulma və s. kimi bədbəxt hadisələr nəticəsində isə hər il 190 mindən artıq uşaq ölür.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilib ki, qlobal iqlim dəyişikliyi, havada zərərli maddələrin sayının artması və s. bağlı astma xəstəliyini  yayılma dinamikası da artıb. Hazırkı rəqəmlərə görə uşaqların 11-14 % i astam xəstəliyindən əziyyət çəkir. 44 %i- i isə ətraf mühiti çirklənməsi ilə əlaqələndirilir.

///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı