İlham Əliyev: Avqustda razılaşdırılan sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra imzalanmasıdır

İlham Əliyev: Avqustda razılaşdırılan sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra imzalanmasıdır
SİYASƏT
19:28 20.01.2026
286
Azərbaycanla Ermənistan arasında sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra razılaşdırılmasıdır.
 
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.

O qeyd edib ki, bu tarixi nailiyyət idi və bununla da üç onillikdən artıq davam edən müharibə və qan tökülməsinə son qoyuldu:

"Bu isə onu göstərir ki, hər iki tərəfdən güclü siyasi iradə və sülhə sadiqlik olduğu halda, nisbətən qısa zaman ərzində barışıq əldə etmək mümkündür. Bu sənəd artıq praktik nəticələrə çevrilməkdədir. Biz təkcə beş-altı aydır ki, sülh şəraitində yaşayırıq və bu vəziyyətdən faydalanırıq. Nə Ermənistan, nə də Azərbaycan müstəqil dövlətlər kimi indiyədək sülh şəraitində yaşamayıb. 1991-ci ildə müstəqillik qazandığımız zaman artıq hərbi qarşıdurma mövcud idi. Lakin bu gün sülhün dividendləri əməkdaşlığın başlanmasında öz əksini tapır".

Dövlət başçısı vurğulayıb ki, əldə olunan nəticə təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün böyük fayda deməkdir:

"Mən çox nikbinəm, çünki əldə olunan nəticə təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün böyük fayda deməkdir. Bu, vaxtilə düşmənçilik münasibətlərində olmuş ölkələrin necə əməkdaşlıq mərhələsinə keçə biləcəyinə dair nümunədir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır