İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında - FOTOLAR

İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında - FOTOLAR
SİYASƏT
12:37 27.11.2025
379
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda "Matanat-A” şirkətinin "AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan "Matanat-A” şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə "Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan "AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev "Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlət başçısı zavodu işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı