“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır

“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
SİYASƏT
15:03 09.08.2025
352
 
Xoşqədəm Hidayətqızı,
Əməkdar jurnalist

Vaşinqtonda baş tutan görüşü izləyərkən illər öncəyə — baş redaktoru olduğum "Üç Nöqtə” qəzetində çalışdığım günlərə qayıtdım. 
Biz o zamanlar gənc və perspektivli bir siyasətçi kimi İlham Əliyevin gələcəkdə Prezident ola biləcəyindən yazırdıq. Qəzet səhifələrində bu barədə fikirlər dərc edir, analitik yazılarla cıxış edirdik. Bu məsələ yalnız ölkə daxilində deyil, beynəlxalq media və jurnalist müzakirələrində də tez-tez gündəmə gəlirdi. Fikirlər müxtəlif idi. Amma mənim fikrim dəyişməz olurdu. Və bu fikri yalnız qəzet səhifələrində deyil, bütün rəsmi və qeyri-rəsmi görüşlərdə də açıq şəkildə bildirirdim. Çünki bu, mənim üçün sadəcə siyasi baxış deyildi.

"O, Azərbaycanda tarix yazacaq. Xalqını düşünən, torpaqları azad edən, Azərbaycanı dünya arenasına çıxaracaq bir Prezident olacaq!”
Tarix göstərdi:
— İlham Əliyev Prezident oldu və sözlə yox, əməli ilə danışdı.
— Azərbaycan beynəlxalq nüfuz qazandı.
— Ölkə iqtisadi, siyasi və hərbi cəhətdən gücləndi.
— Qarabağ azad edildi!

Vaşinqtondakı tarixi qələbə ilə İlham Əliyev bir daha sübut etdi: O, təkcə Prezident deyil — tarix yazan, tarix yaradan bir liderdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qoy analar bir daha ağlamasın.

Qoy Azərbaycan daim güclü və qalib olsun!

Cənab Prezident, biz sizinlə qürur duyuruq!
OXŞAR XƏBƏRLƏR