İlham Əliyev xanımı və qızı ilə Dünya Çempionatının matçını izləyir

İlham Əliyev xanımı və qızı ilə Dünya Çempionatının matçını izləyir
SOSİAL
21:05 14.06.2018
7023
İyunun 14-də Moskvadakı "Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçildi. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirildi.

Britaniyalı müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə əzəmət qatdı.

Açılış mərasiminin prodüseri Rusiyanın Birinci kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat dünya çempionu, braziliyalı futbolçu Ronaldo da açılış mərasiminə qatılıb.

Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə çıxış etdi.

Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın əfsanəvi "Lujniki” stadionunda salamlayaraq, dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə təbrik etdi. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə etdi. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirdi. "Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü - futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”, - deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğuladı.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını söylədi.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Xatırladaq ki, açılış mərasimini "Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.

Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başladı.

Açılış mərasimindən dərhal sonra "A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü oldu.

FIFA dünya kubokunun ilk matçı olduğundan bütün diqqətlərin yönəldiyi qarşılaşma Bakı vaxtı ilə saat 19-da start götürdü.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin və digər dövlət və hökumət başçıları həmin görüşü izləyirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər