İlham Əliyev Yəmənin yeni prezidentini təbrik etdi

İlham Əliyev Yəmənin yeni prezidentini təbrik etdi
Bütün Xəbərlər
18:11 27.02.2012
991
Azərbaycan prezidenti İlham Əliyev Yəmənin yeni seçilmiş prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu göndərib. AZXEBER.COM-un məlumatına görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident! Yəmən Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yəmən xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
OXŞAR XƏBƏRLƏR