xari

Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak oldu

DÜNYA
20:37 05.12.2020
417

Çinin cənub-qərbindəki Çunsin şəhərində mədəndə qaz partlayışı nəticəsində 23 nəfər həlak olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası bildirib.

Məlumata görə, mədəndə partlayış dekabrın 4-də zəhərli yanar qaz karbon oksiddən baş verib. Partlayış vaxtı yerin altında 24 nəfər olub. Xilasedicilər indiyə qədər 23 nəfərin meyitini aşkarlaya biliblər. Mədəndən yalnız bir fəhlə xilas ola bilib.

Daha əvvəl bildirilirdi ki, Çunçin şəhərindəki mədənlərin birində işçilər dəm qazından zəhərlənib. Nəticədə kömür hasilatı ilə məşğul olan mədənin 18 işçisi ölüb, bir nəfər isə xilas edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR