İpoteka faizləri azala bilər

İpoteka faizləri azala bilər
İQTİSADİYYAT
11:34 30.07.2015
1668
Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən son müşavirədə ölkə başçısının ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstərişi ekspertlər tərəfindən də müsbət qarşılanıb.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən bildirir ki, ekspert Vüqar Bayramov bu qərardan sonra ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağını bildirib:
"Mərkəzi Bank ipoteka kreditlərinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Maliyyə Nazirliyi ilə razılaşdırıb. Baş bankdakı açıqlamalardan belə anlaşılır ki, müzakirədən kənarda qalan detallar yoxdur. Rəsmi açıqlamalara əsaslansaq, yeni qaydaların sentyabr ayında təsdiq ediləcəyi gözlənilir. Qeyd edək ki, dövlət başçısı Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən son müşavirədə ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməklə yanaşı, hökumətə kredit şərtlərinin təkmilləşdirilməsini də tapşırmışdı. Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırılması da məhz ölkə prezidentinin göstərişi ilə bağlıdır. Dəyişdiriləcək qaydalar həm ümumi ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək. Əvəlla, ipoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə artırılaraq 100 min manata çatdırılacaq. Xatırladım ki, son illər əmlak bazarında qiymətlərin yüksəlməsini nəzərə alaraq ipoteka kreditləri üçüm maksimum məbləğin artırılmasını təklifini dəfələrlə hökumətə təqdim etmişdik. Maksimum məbləğin azlığı proqramın səmərəliliyinə neqativ təsir göstərirdi.
İkincisi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Güman edilir ki, adi ipoteka kreditlərində 8 faiz 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faizlə təklif edilə bilər. Faiz endirimləri ilə yanaşı, diferensial faizlərin də tətbiq edilməsi məqsədəuyğun olardı. Belə ki, paytaxt ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri üçün daha aşağı faizin təklif edilməsi arzuolunan olmaqla yanaşı, proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqısı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əməkhaqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək.
Üçüncüsü, regionlara ayrılacaq ipoteka kreditinin məbləği üçün minimum hədlər müəyyənləşdiriləcək. Əslində, ipoteka fondu xəttiylə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50% regionlar üçün ayrılması məqsədə uyğundur. Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Burada məqsəd bütövlükdə ipoteka kreditləşməsi sistemini təkmilləşdirilməsi ilə yanaşı, regionların kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait yaratmaqdır.
Nəhayət, hal-hazırda ən çox müzakirə edilən məsələlərdən biri də məhz ilkin ödəniş məbləğinin yüksək olmasıdır. Hələlik Mərkəzi Bank bu istiqamətdə hansı addım atacağı bəlli deyil. Amma bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tikinti bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək.
Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər müsbət olmaqla yanaşı kreditlərə əlçatanlığı artıracaq. Deməli, ipoteka kreditləşməsi artıq yeni mərhələyə qədəm qoya bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi