İran Hörmüz boğazı yaxınlığında ABŞ-ın PUA-sını vurdu

İran Hörmüz boğazı yaxınlığında ABŞ-ın PUA-sını vurdu
DÜNYA
02:23 17.11.2026
86
İran ordusunun hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Amerika pilotsuz uçuş aparatı İranın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Hadisənin dəqiq nə vaxt və harada baş verdiyi barədə məlumat verilməyib.

ABŞ tərəfi İranın iddiasına hələlik münasibət bildirməyib.
OXŞAR XƏBƏRLƏR