İran polisi üç mülki şəxsi güllələdi

İran polisi üç mülki şəxsi güllələdi
DÜNYA
03:03 12.11.2026
84
Bu gün səhər saatlarında İran polis qüvvələri Sistan və Bəlucistan əyalətinin Zahidan rayonunda minik avtomobilinə atəş açıblar.

Bu barədə Bəlucistan İnsan Haqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Ümid Camalzehi, 32 yaşlı Hənzələ Camalzehi və 34 yaşlı Mobin Qonquzehinin olduğu avtomobilə əvvəlcədən xəbərdarlıq edilmədən atəş açılıb.

Hər üç şəxs həlak olub.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR