İrana 5 ay vaxt verdi

DÜNYA
15:50 12.12.2012
1330

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla birbaşa danışıqlara getməyi planlaşdırır.

Bu barədə İsrailin 10-cu televiziya kanalı ABŞ adminstrasiyasındakı yüksək çinli məmura istinadən xəbər yayıb.

Məmur iddia edib ki, bu planla bağlı ABŞ İsraiə hər hansı məlumat verməyib və heç bir məsləhətləşmə də keçirməyib.

Həmin xəbərə görə, ABŞ yəqin ki, İranla danışıqlara 4, maksimum 5 ay vaxt ayıracaq. Əgər Amerika İranı MAQATE ilə əməkdaşlığın zəruriliyinə inandıra və eyni zamanda İranın nüvə silahı yaratmaq arzusundan çəkindirə bilməsə onda Vaşinqton İrana qarşı hərbi əməliyyatlara başlayacaq.

Böyük Britaniyanın “ Guardian“ qəzeti bu günlərdə yazmışdı ki, İsrail İranın nüvə araşdırmaları ilə bağlı əldə etdiyi məxfi informasiyaları ictimaiyyətə ötürməklə Qərbi İrana qarşı eyni cəbhədə birləşməsiyə vadar edə bilər. Həmin informasiyaların yayılması Qərbdə qorxu və təhlükə hissi yarada və siyasətçiləri dərhal hərəkətə keçməyə təhrik edərdi.

OXŞAR XƏBƏRLƏR