İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb

İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DÜNYA
10:22 27.06.2026
259
İranda polis postuna silahlı hücum olub.

AZXEBER.COM APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, İranın qərbindəki Kürdüstan əyalətinin Bane şəhərində polisin nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub.

Hücum zamanı daha iki polis əməkdaşı və üç yaşlı bir qız yaralanaraq tibb müəssisələrinə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR