İranda sərnişin təyyarəsi avtomobil yoluna endi

İranda sərnişin təyyarəsi avtomobil yoluna endi
DÜNYA
10:30 27.01.2020
5700
İranda sərnişin təyyarəsi Məhşəhr şəhərinin mərkəzindəki avtomobil yoluna təcili eniş etməyə məcbur olub.

"Caspian Airlines” şirkətinə məxsus hava gəmisində 135 sərnişin olub.  

Təyyarənin hansı səbəbdən təcili eniş etdiyi hələlik məlum deyil. 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Təyyarə Tehrandan Məhşəhr şəhərinə uçurmuş. 
 
///"Report”
OXŞAR XƏBƏRLƏR