İrandan qayıqlarla Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO

İrandan qayıqlarla Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO
SOSİAL
11:49 24.05.2023
181
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq "Rəsul", "Rza” və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin narkotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin "qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.
Qeyd edək ki, Elşad Əliyev va Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

"Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir”, - məlumatda qeyd olunub.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc