İranın KEPCO şirkətinin mütəxəssisləri SOCAR-da olublar

İranın KEPCO şirkətinin mütəxəssisləri SOCAR-da olublar
İQTİSADİYYAT
00:21 03.09.2015
1580

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Xəzər Kəşfiyyat və Hasilat şirkətinin (KEPCO) geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri ilə görüşüb.

AZXEBER.COM-un SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə X.Yusifzadə ölkələrimiz arasında neft-qaz sənayesində əməkdaşlığın çoxillik tarixə malik olduğunu xatırladıb.

Qeyd edib ki, uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranıb və bu imkandan yüksək səviyyədə istifadə olunmalıdır.

KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadi yüksək elmi potensiala və kadr resurslarına malik SOCAR-ın idarə və müəssisələrində keçirilən görüşlər zamanı Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyaların böyük maraq kəsb etdiyini söyləyib.

Bildirib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparıblar, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olublar və birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Qonaqlar Azərbaycanda geodeziya və hidroqrafiya mütəxəssislərinin, geofiziklərin, qazmaçıların gördükləri işlərə xüsusi maraq göstərdiklərini qeyd edərək qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıblar.

Palçıq vulkanlarının təzahürləri və quyuların qazılmasına təsiri, dərin sularda qaz hidratlarının öyrənilməsi, onların ehtiyatlarının hesablanması, neft-qaz sənayesində tətbiq olunan müasir kompüter proqramlarının birgə mənimsənilməsi, regional seysmik məlumatların birgə araşdırılması və ümumi stratiqrafiyanın, struktur-tektonik xüsusiyyətlərin öyrənilməsi və digər məsələlər Azərbaycan ilə İran neftçiləri arasında əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyən edilib.

Akademik X.Yusifzadə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib və bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 2014-cü ilin avqustunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi mütəxəssislər qrupunun İrana səfəri çərçivəsində KEPCO ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanmışdı. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilmişdi.

Bununla əlaqədar, bu il avqustun sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib, SOCAR-ın geofizika və geologiya idarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və “Azneft” İstehsalat Birliyində azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat