İsveçrə görüşü yekunlaşdı: İran və ABŞ hansı məsələlərdə razılaşdı?

İsveçrə görüşü yekunlaşdı: İran və ABŞ hansı məsələlərdə razılaşdı?
DÜNYA
08:52 22.06.2026
456
İran nümayəndə heyəti İsveçrənin Bürgenstok şəhərində ABŞ ilə aparılan danışıqlardakı fəaliyyətini bu mərhələdə yekunlaşdırıb.

Bu barədə "Tasnim" agentliyi İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin açıqlamasına istinadən məlumat yayıb.

"Hazırkı mərhələdə nümayəndə heyətinin danışıqları başa çatıb, lakin texniki komandalar iyunun 22-də işlərini davam etdirəcəklər", - deyə sözçü bildirib. O əlavə edib ki, yekun müqavilənin hazırlanması müzakirə edilib və imzalanmış anlaşma memorandumunun icrası üçün vacib olan məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsinə qərar verilib.

Bildirilir ki, əsas müzakirə prosesi 80 dəqiqə davam edib. Bundan sonra Tehran emissarları daxili məsləhətləşmələr aparıblar. Telekanalın məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və vasitəçilərlə görüş zamanı anlaşma memorandumunun müddəalarının tam şəkildə icra olunmasını tələb edib.

ABŞ və İran arasında vasitəçi rolunu oynayan Qətər və Pakistan da İslamabad memorandumunun icrasına dair Bürgenstokda keçirilən danışıqların ilk mərhələsinin bitdiyini bəyan ediblər. Qeyd olunub ki, bu proses müsbət və konstruktiv şəraitdə keçib.

"İsveçrənin Bürgenstok şəhərində İslamabad anlaşma memorandumu çərçivəsində İran İslam Respublikası, Amerika Birləşmiş Ştatları nümayəndələrinin və iki vasitəçi tərəfin - Qətər Dövləti ilə Pakistan İslam Respublikasının iştirakı ilə yüksəksəviyyəli danışıqların birinci raundu başa çatıb. Görüş müsbət və konstruktiv mühitdə baş tutub. Ümidverici irəliləyişlər əldə edilib, o cümlədən gələcək texniki danışıqların aparılması üçün zəmin yaradılıb", - deyə Qətər və Pakistanın birgə bəyanatında qeyd olunur. Bildirilib ki, Bürgenstokdakı məsləhətləşmələrdə iştirak edən ölkələr ABŞ və İran arasında yekun razılaşmanın əldə olunması üçün yol xəritəsini işləyib hazırlayıblar.

"Yüksəksəviyyəli komitə 60 gün ərzində yekun razılaşmaların əldə edilməsi üçün yol xəritəsini təsdiqləyib və sonrakı texniki müzakirələrin dərhal başlanması üçün əsas yaradıb.
Bundan əlavə, ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək, eləcə də insidentlərin və anlaşılmazlıqların qarşısını almaq məqsədilə tərəflər arasında rabitə xətti qurulub", - deyə Pakistan və Qətərin ortaq açıqlamasında bildirilib.

Məsələ ilə bağlı İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı da açıqlama verib. O bildirib ki, İsveçrənin Bürgenstok şəhərində aparılan müzakirələr zamanı Tehran, Pakistan və Qətərin köməyi sayəsində neft ixracı və dondurulmuş İran aktivlərinin bərpası da daxil olmaqla, bir sıra məsələlərin həllini razılaşdırıb.

"Qətər və Pakistanın davamlı vasitəçilik səyləri nəticəsində Livan müharibəsinin dayandırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Neft və neft-kimya məhsullarının ixrac rüsumları ləğv edilib, blokada götürülüb, bəzi dondurulmuş aktivlər sərbəst buraxılıb və İranın bərpası, eləcə də inkişafı üçün irimiqyaslı plan işə salınıb", - deyə A.Əraqçı "X" hesabında yazıb.

"Axios" nəşrinin müxbiri Barak Ravidin sözlərinə görə, Vaşinqton danışıqların gedişindən razı qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
18:11 06.08.2026
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur