Ixtisas seçimi mərhələsi başa çatıb.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyevin AZXEBER.COM-a verdiyi məlumatına görə, I tur üzrə 29 356-dan çox abituriyent və subbakalavrın müsabiqədən keçə bilməyəcəyi gözlənilir.
Məlumata əsasən, I ixtisas qrupunda 20 150 plan yerinə 28 924 nəfər ixtisas seçimini təsdiqləyib. Bu qrup üzrə 8 774 nəfərin müsabiqədən kənarda qalacağı bildirilir.
II ixtisas qrupu üzrə 16 030 plan yerinə 20 783 nəfər seçim edib. Nəticədə 4 753 nəfərin müsabiqədən keçə bilməyəcəyi qeyd olunur.
III ixtisas qrupunda 15 553 plan yerinə 23 579 nəfər ixtisas seçimini təsdiqləyib. Bu qrup üzrə 8 026 nəfərin kəsiləcəyi gözlənilir.
IV ixtisas qrupunda 5 048 plan yerinə 6 746 nəfər seçim edib. Burada 1 698 nəfərin müsabiqədən keçə bilməyəcəyi bildirilir.
V ixtisas qrupunda isə 4 735 plan yerinə 10 840 nəfərdən çox abituriyent və subbakalavr ixtisas seçimini təsdiqləyib. Bu qrup üzrə təxminən 6 105 nəfərin müsabiqədən kənarda qalacağı gözlənilir.
Ekspert qeyd edib ki, qəbul nəticələrinin qarşıdakı 4-5 gün ərzində açıqlanması gözlənilir.
İlk turda müsabiqədən keçə bilməyən şəxslər boş qalan plan yerləri olduğu halda II turda müsabiqədə iştirak edə biləcəklər. Bundan əlavə, onlar 11 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə – kolleclərə qəbul müsabiqəsində də iştirak edə bilərlər.
Günel












































