Jurnalistika fakültəsində təhsil alan tələbələr seminarda iştirak edib

Jurnalistika fakültəsində təhsil alan tələbələr seminarda iştirak edib
SOSİAL
10:36 17.03.2022
166
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistana qarşı apardığı "Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı – Vətən Müharibəsi nəticəsində işğal altında saxlanılan ərazilərimizi azad edib. 30 ilə yaxın davam edən işğal başa çatıb, 1 milyondan çox qaçqın və məcburi köçkünün dogma yurd-yuvasına qayıtması üçün şərait yaranıb.

Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən keçirilən "Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” adlı layihə zamanı məlumat verilib. Layihə çərçivəsində jurnalistika ixtisası üzrə təhsil alan univeristet tələbələri ilə keçirilən seminarda layihə rəhbəri Aynur Nəsirova Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələrə diqqət çəkib. Qeyd edilib ki, bu müsahibələrdə Azərbaycan ordusunun qazandığı qələbə, üstünlüyümüz, xüsusi ilə dövlət başçısının siyasi savadı və hazırlığının şahidi olduq: "Ölkə başçısı xarici jurnalistlərə master klass keçdi”.

Daha sonra media eksperti Almaz Mahmud çıxış edib. O bildirib ki, müharibə zamanı hansı xəbərin efirə verilib-verilməməsi mühüm əhəmiyyət daşıyır. "Efirə informasiya ötürərkən diqqətli olmaq lazımdır. Vətən müharibəsi dövründə bir müxbir Gəncədən canlı yayım etdiyi zaman iki tankın kadrda görülməsi, həmin ərazinin düşmən tərəfindən dərhal vurulması ilə nəticələnmişdi”, - deyə ekspert qeyd edib.

Vətən müharibəsi dövründə "Arb” televiziyasının cəbhədən ən yeni xəbərləri çatdıran əməkdaşı Rasim Salehli 44 gün ərzində cəbhədə gördüklərindən, təhlükəli vəziyyətlərdən, hansı xəbəri ötürüb-ötürmədiyi haqqında tələbələrə məlumat verib. O, şahidi olduğu bir çox maraqlı hadisələri bölüşüb. Öz telefonu ilə çəkdiyi, erməni mərmisinin düşmə anını göstərən videonu tələbələrə nümayiş etdirib. Daha sonra müharibə şəraitində işləməyin xüsusiyyətlərindən, çətinliyindən danışdı. Vurğuladı ki, əsas Vətənə olan sevgidir, o zaman hər kəs peşəsindən asılı olmayaraq, ölkəsinə ziyan vura biləcək məlumatların paylaşılmasından çəkinəcək. İnformasiya müharibəsində hansı məlumatın tirajlanması səngərdə gedən döyüş qədər əhəmiyyətlidir.

Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırıldı.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi