Jurnalistlərin mənzilləri püşklə bölünəcək

Jurnalistlərin mənzilləri püşklə bölünəcək
MEDIA
15:10 17.07.2013
1247

Binanın açılış mərasimində İlham Əliyev də iştirak edəcək

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın açılış proqramı bəlli olub. İyulun 17-də “Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, binanın açılışına qatılacaq şəxslər öncə mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edəcək: “İyulun 22-si səhər saat 8-də bütün tədbir iştirakçıları Azərbaycan Mətbuat Evinin qarşısında toplaşacaq, xüsusi avtobuslarla Fəxri xiyabana yollanacaq, daha sonra binanın açılışında iştirak edəcəklər. Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş binanın açılışında iştirakı gözlənir. İlham Əliyev bina ilə tanış olacaq. Amma protokolda İlham Əliyevin jurnalistlərlə ayrıca görüşü qeyd edilməyib. Ev alacaq jurnalistlərin kimliyi binanın açılışı günü bilinəcək. Prezident açılışı edib gedəndən sonra mənzillərin bölgüsü həyata keçiriləcək. Hansı mənzilin hansı jurnalistə verilməsi həmin gün püşkatma ilə müəyyənləşəcək”. Fond rəhbəri əlavə edib ki, bina tam hazırdır: “Artıq binanın ətrafı asfaltlanıb, həyətə ağaclar əkilib, uşaqların oynaması üçün ayrıca yer ayrılıb, həmçinin sakinlərin oturması üçün iki çardaq da quraşdırılıb. Hazırda binada təmizlik işləri aparılır”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ