Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO

Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO
SOSİAL
15:00 22.08.2026
204
Rusiyanın Kamçatka vilayətində Ploski Tolbaçik vulkanında çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı Tatyana Dolivets xilas edilib.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.

"Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”.

Xatırladaq ki, avqustun 22-də bir qrup turist Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz vəziyyətdə qalıblar. Onların arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub.
 


OXŞAR XƏBƏRLƏR