Kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı

Kanalizasiya borularını oğurlayan şəxs saxlanıldı
KRİMİNAL
11:26 01.05.2026
320
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, 39 yaşlı Famil Layıcov ümumilikdə 514 metr uzunluğunda kanalizasiya borularını oğurlayıb. Onun boruların bir hissəsini satdığı müəyyən edilib.

Keçirilən digər tədbir zamanı isə məişət və tikinti əşyaları oğurlanmaqda şübhəli bilinən 46 yaşlı Eldəniz Xəlilov da saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR