Kapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladı

Kapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladı
İQTİSADİYYAT
11:52 20.06.2022
361

Təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Kapital Bank növbəti faydalı əməkdaşlığın təməlini qoyub. Ölkənin birinci bankı bu dəfə Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq memorandumu imzalayıb.

Mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, BANM-nın rektoru Elmar Qasımov və hər iki qurumdan nümayəndələr iştirak ediblər. Yeni memorandum çərçivəsində Kapital Bank və BANM arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətləri nəzərdə tutulub.

Belə ki, tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, "Karyera günləri"nin keçirilməsi, məzunların işlə təmin olunması kimi səmərəli fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Memorandumdan faydalanan tərəf yalnız tələbələr olmayacaq. Eyni zamanda, Kapital Bank-ın əməkdaşları da müxtəlif təlimlərdə və təhsil proqramlarında iştirak etmək imkanı əldə edəcəklər.

Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, "Təhsil Avtobusu", "Bir ideyam var", Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər www.hr.kapitalbank.az  portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər. Əgər Siz də karyeranıza Kapital Bank-da başlamaq və ya davam etdirmək, əsl peşəkar olaraq yetişmək istəyirsinizsə, portala daxil olub özünüzə şəxsi kabinet yaradıb, yeniliklərdən birinci xəbər tuta bilərsiniz.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt, BirKart sifarişi üçün - https://kbl.az/tkstcrd.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib