Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi

Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi
İQTİSADİYYAT
12:38 16.11.2022
463

Kapital Bank müştərilərə göstərdiyi xidmət şəbəkəsini genişləndirərək daha bir yeni filialının açılışını həyata keçirdi. Filial, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan, Kapital Bank-ın əməkdaşı olan Fərhad Fərhadlının adını daşıyır. Yeni filial Fərhadın boya-başa çatdığı Sumqayıt şəhərində açıldı. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 33D ünvanında fəaliyyət göstərən filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Açılış mərasimində Fərhad Fərhadlının ailə üzvləri, valideynləri, bizə əmanət qoyduğu qızı İnci, həmçinin Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edirdi. Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşdülər. Filialın daxilində tərtib edilmiş xüsusi guşəyə Kapital Bank adından əklil qoyuldu. 00:10

 

 

Qeyd edək ki, Fərhad Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Sumqayıtdakı 12 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment ixtisasına qəbul olub. 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində də iştirak edib. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsili alıb.

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR