Kapital Bank terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu

Kapital Bank terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu
İQTİSADİYYAT
12:20 24.02.2021
589
Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri marketlər şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

Bir sıra üstün funksiyalara malik terminallar vasitəsilə artıq USD və EUR valyutasında mədaxillərin qəbulu funksiyası aktivləşdirilib. Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkün olub. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.  

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, "Xəzri" pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Ödəniş terminallarının əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın "card reader" yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oktyabrın pensiya ödənişləri yekunlaşdı
13:52 20.10.2026
Oktyabrın pensiya ödənişləri yekunlaşdı
Nazirliklər, komitələr, agentliklər… – Azərbaycanda ləğv edilən və birləşdirilən qurumlar – SİYAHI
13:51 20.10.2026
Nazirliklər, komitələr, agentliklər… – Azərbaycanda ləğv edilən və birləşdirilən qurumlar – SİYAHI
Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - FOTOLAR
13:41 20.10.2026
Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - FOTOLAR
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
13:12 20.10.2026
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
13:00 20.10.2026
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Kamran Əliyevdən yeni - Təyinatlar
12:50 20.10.2026
Kamran Əliyevdən yeni - Təyinatlar
Navai Qazaxıstandan deportasiya olundu
12:47 20.10.2026
Navai Qazaxıstandan deportasiya olundu
Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi
12:24 20.10.2026
Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
12:16 20.10.2026
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq
12:11 20.10.2026
Bu şəxslərdən də iş icazəsi tələb olunmayacaq
İmamverdi İsmayılov: “Zəngilan 27 illik işğaldan sonra yeni inkişaf dövrünü yaşayır”
12:07 20.10.2026
İmamverdi İsmayılov: “Zəngilan 27 illik işğaldan sonra yeni inkişaf dövrünü yaşayır”
FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
11:54 20.10.2026
FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Tokio liderliyi itirdi - Dünyanın ən çox əhalisi olan şəhərləri - SİYAHI
11:49 20.10.2026
Tokio liderliyi itirdi - Dünyanın ən çox əhalisi olan şəhərləri - SİYAHI
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
11:41 20.10.2026
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Xuraman Şuşalı: Təhsil alın, bunlara aldanmayın - VİDEO
11:24 20.10.2026
Xuraman Şuşalı: Təhsil alın, bunlara aldanmayın - VİDEO
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
11:17 20.10.2026
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək