Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı

Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı
SOSİAL
14:10 19.10.2019
9717
Sabirabadda keçmiş kürəkən qayınatasının evindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, X.Əhmədov oktyabrın 17-də Çığırğan kəndində evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən X.Əhmədov saxlanılıb. O, ev sahibinin keçmiş kürəkənidir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR