“Keşlə Bazarı”nda təbii adı ilə süni kürü satılırmış - Fotolar

“Keşlə Bazarı”nda təbii adı ilə süni kürü satılırmış - Fotolar
SOSİAL
21:35 05.05.2026
326
Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.

"Yoxlamalar zamanı "Keşlə Bazarı”, "Özbək Bazarı”, "Sahil Bazarı” və "Yaşıl Bazar”da nöqsanlar aşkar edilib. Bu obyektlərdə etiketsiz, müşayiətedici sənədləri olmayan, yararlılıq müddəti bitmiş məhsulların, həmçinin "Keşlə Bazarı”nda təbii farel kürüsü adı ilə süni kürü satıldığı, "Özbək Bazarı”nda isə süni kürülərin etiketsiz qablaşdırmada satışa çıxarıldığı müəyyən edilib.

Bundan əlavə, 2 ticarət obyektində də ("Balique 2023 LTD” MMC və "Natural Fish”) pozuntular – etiketsiz, müşayiətedici sənədləri olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb. Götürülən nümunələrin müayinəsi nəticəsində 1 kürü məhsulunda ("Natural Fish”) bakteriya (Listeria monocytogenes) aşkar edilib.

Yoxlamalar zamanı 1 idxalçının anbarında ("Food Fish” MMC) məhsulların laborator nəticələri və sağlamlıq aktı olmadan satışa çıxarıldığı müəyyən edilib. Həmçinin süni kürü istehsalı ilə məşğul olan obyektlərdən 1-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlum olub.

Ümumilikdə 15.325 kq qırmızı kürü və 800 qr qara kürünün etiketsiz olduğu və müşayiətedici sənədlərinin olmadığı, 678 qr qırmızı və 1.243 kq qara kürünün isə yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Sınaq nəticəsi uyğunsuz olan və yararlılıq müddəti bitmiş bütün məhsullar satışdan çıxarılıb və məhv edilib. Nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, Agentlik tərəfindən həm süni, həm də təbii kürü məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır və norma daxilindədır. Lakin, təbii kürü adı ilə süni kürü məhsullarının satışa təqdim edilməsi istehlakçının aldadılmasıdır və bu hal inzibati məsuliyyət yaradır”, - deyə məlumatda qeyd edilib.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır