"Keşlə"nin 2 futbolçusunun həbsi ilə bağlı klubdan və BŞBPİ-dən - Açıqlama

"Keşlə"nin 2 futbolçusunun həbsi ilə bağlı klubdan və BŞBPİ-dən - Açıqlama
İDMAN
11:25 30.11.2017
2996
Azərbaycan Kubokunun MOİK - "Keşlə" matçından sonra "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov 2 futbolçunun - Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırıldığını bildirib. Sözügedən hadisədən bir neçə saat sonra hər iki futbolçunun hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olmaları ilə bağlı xəbərlər yayılıb.

Buna səbəb isə onların Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” ilə oyunda qəsdən uduzmaları olub. Futbolinfo.az-ın məlumatına görə, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. "Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun "səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, "Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. "Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub. İddiaya görə, "Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Sən demə, Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.

Baş rolda "Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.

Məsələ ilə bağlı "Keşlə" klubundan münasibət öyrənməyə çalışdıq. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov "Qaynarinfo"ya açıqlamasında sözügedən məsələ ilə bağlı klub tərəfindən araşdırılma aparıldığını bildirdi:

"Məsələ diqqət mərkəzimizdədir. Araşdırırıq. Dəqiq məlumatlar olduqdan sonra mətbuata açıqlama verəcəyik. Hələlik isə heç nə deyə bilmərik".
 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov isə məsələdən xəbərsiz olduğunu bildirdi: 
 
"Bu barədə ilk dəfə elə sizdən eşidirəm. Məsələni araşdırıram. Hələlik bir məlumatım yoxdur, olan kimi mətbuata açıqlama veriləcək".

Qeyd edək ki, "Neftçi"-"Keşlə" oyunu zamanı meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəlməsində qonaqların könüllü təslim olmasına dair ehtimallar var.
 
"Keşlə"nin prezidenti Zaur Axundov isə "Report"a açıqlamasında bildirib ki, Hacıyevlə Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar. 
Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: 

"Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib