Kimlər plastik cərrah işləyə bilər? - AÇIQLAMA

Kimlər plastik cərrah işləyə bilər? - AÇIQLAMA
SOSİAL
14:05 13.01.2025
282
Plastik əməliyyatlardan ölüm hallarının baş verməsi son zamanlar gündəmdən düşmür. Sosial şəbəkələrdə diplomu olmayan plastik cərrahlarla bağlı edilən paylaşımlar ölüm hallarını həmin diplomsuz "həkimlər"ə bağlamağa az da olsa əsas verir.

Bəs bu həkimlərə nəzarət necə həyata keçirilir?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunda müəyyən olunan qaydada ali təhsilli ixtisaslı həkim mütəxəssislər "plastik cərrahiyyə" işi üzrə tibbi praktiki fəaliyyətlə məşğul olmaq hüququnu əldə edirlər:

"Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Təəssüf ki, bəzi klinikalarda lisenziyasız fəaliyyət və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin, daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır".

"Bir daha əhalinin nəzərinə çatdırırıq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada orada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar yoxlamalar zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin, ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.

Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir",- deyə qurumdan əlavə edilib.

Estetik, Plastik və Rekonstruktiv Cərrah, Uzman Dr. Vüqar Ələkbərov məsələ ilə bağlı Trend-ə bildirib ki, ölüm halları hər bir ixtisasda olur:

"Plastik cərrahiyyə də digər ixtisaslar kimi ciddi bir sahədir. Hər bir əməliyyatın riskləri var. Bu riskləri azaltmaq üçün daha müasir və təchiz olunmuş klinikalarda, yüksək ixtisaslı, mütəxəssis həkim tərəfindən əməliyat aparılması düzgündür. Amma yenə də riskləri sıfıra endirmək mümkün deyil. Vətəndaş gözü ilə baxanda fərqlidir, amma təəssüf ki, tibbi və elmi olaraq nəzər salanda hər bir əməliyyat risklidir".

Plastik cərrah bildirib ki, həmin həkimlərin fəaliyyətinə Səhiyyə Nazirliyi nəzarət edir.

"Həkim seçərkən ixtisasını tam şəkildə bitirmiş və dövlət tərəfindən həmin ixtisasa aid diplom verilən həkimlər seçilməlidir. Sadəcə Tibb Universitetini bitirmək hüquqi əsas vermir ki, o şəxs əməliyyat etsin. Ondan sonra da 5 illik ixtisas üzrə təhsil almağı vacibdir", - deyə həkim əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
02:59 02.11.2026
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı