Könüllülər virtual çağırışa qoşulur

GƏNCLİK
15:52 08.07.2020
1504
Azərbaycan Respublikasının Gənclər Fondu Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə üçün tətbiq edilən sərt karantin rejimi dövründə gənclərin vaxtlarını səmərəli keçirmələri üçün maraqlı çağırışa başlayıb.

Pandemiya dövründə də daim aktiv şəkildə maarifləndirici və faydalı aksiyalarda iştirak edən könüllülərin evdə qalaraq vaxtlarını səmərəli və faydalı keçirmələri üçün başladılan virtual aksiyada, gənc könüllülər evdə qaldıqları zamanı necə keçirdiklərini nümayiş etdirəcəklər.

Belə ki, gənclər evdə qaldıqları zaman ərzində oxuduqları kitabları, iş masalarını, rəsm bacarığı olanlar çəkdikləri rəsmləri, evdə və ya bağçada hazırladıqları dekorlar və ya qoşulduqları faydalı layihə və tədris proqramları ilə bağlı foto və ya videoları#mənkaratində həştəqi ilə öz sosial media hesablarında paylaşa bilərlər.

Qeyd edək ki, sosial aksiyanın məqsədi hazırda mövcud olan sərt karantin rejimində gənclərin evdə qaldıqları zamanı səmərəli keçirməyə çağırış etmək, faydalı fəaliyyətlə məşğul olan gənclərin bunu paylaşaraq, digər gəncləri də təşviq etməsidir.

OXŞAR XƏBƏRLƏR