Komaya düşən deputatla bağlı açıqlama: uzun çəkəcək

Komaya düşən deputatla bağlı açıqlama: uzun çəkəcək
SOSİAL
14:10 18.01.2018
1968
70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.

AZXEBER.COM xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Elmira Axundova onun son durumundan söz açıb.

Elmira Axundova bildirib ki, həmkarının sağlıq durumu ilə hər gün maraqlanır.

"Şükürlər olsun ki, Nəriman müəllim ölümdən qutarıb. Yaxşı ki, həmkarım Rəşad Mahmudov Nəriman müəllimi "anju” əməliyyatı edən məqamda xəstəxanada olub. Nəriman müəllimin ürək damarları partlayan zaman onu təcili əməliyyat edib. Hazırda Almaniyadan və Türkiyədən mütəxəssislər dəvət ediliblər. Onlar da bildirirlər ki, Nəriman müəllimin əməliyyatı və müalicəsi tam düzgün aparılır. Heç bir düzəlişə ehtiyac yoxdur. Sadəcə, müəyyən vaxt lazımdır. Nəriman müəllimin qaraciyəri, böyrəyi düzəlib. Biraz ağciyərlərində infeksiya qalıb. Hazırda ağciyərindəki infeksiyalar təmizlənir. Həkimlərin özləri onu yatızdırırlar ki, orqanizm daha yaxşı mübarizə aparsın. Hazırda o reanimasiyadadır. Həkimlər də bildirirlər ki, belə əməliyyatların 95 faizi ölümlə nəticələnir.

Məsələn, bizdə belə bir vəziyyət AMEA-nın keçmiş prezidenti Mahmud Kərimovda olmuşdu. Bildiyiniz kimi, o, Türkiyəyə aparılarkən təyyarədə dünyasını dəyişmişdi. Şükürlər olsun ki, bizim güclü ürək mütəxəssislərimiz var. Nəriman müəllimin vəziyyəti tədricən yaxşılığa doğru gedir. Amma Rəşad həkim dedi ki, bu, uzun prosessdir. Hələ uzun çəkəcək. Ona görə də Nəriman müəllimin tam sağalacağı vaxtı deməyə hamı ehtiyat edir. Çünki bu, ürəkdir. Hər bir insan orqanizmi individualdır... Birində 1 ay çəkər, o birində 3 ay. Şükürlər olsun ki, sıradan çıxan bütün orqanlar tədricən bərpa olunur”.

Elmira Axundova deyib ki, həmkarı Nəriman Əliyevin ürəyində anadangəlmə problem olub.

"Bunu isə ancaq "anju” əməliyyatında görmək olardı. "Anju” etməmiş bu qüsuru görmək mümkün deyil. Mən Nəriman müəllimin xətirini çox istəyirəm. Çox gözəl insandı. Rayonumuz və insanlarımız üçün çoxlu işlər görüb. Mən ona və ailəsinə səbr diləyirəm. İnanıram ki, tezliklə bizim sıralarımıza qayıdacaq”.

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ