Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

İDMAN
23:11 29.07.2021
928
"Qarabağ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

AZXEBER.COM-un məlumatına görə, Ağdam təmsilçisi İsraildə "Aşdod”un qonağı olub. Görüş "köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda qarşılaşmaya erkən qolla başlayıb. 6-cı dəqiqədə Xayme Romeronun sağ cinahdan cərimə meydançasına ötürməsini Filip Ozobiç dəqiq zərbə ilə tamamlayıb. 23-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov zədələnərək, meydanı tərk edib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub. İlk yarıda başqa qol olmayıb və ağdamlılar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. İkinci hissədə də üstünlük "Qarabağ"ın tərəfində olsa da, hesab dəyişməyib.

Bakıdakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, səfərdə qazanılan qələbə "Qarabağ”ı III raunda yüksəldib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi AEL (Kipr) / "Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı