Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib

Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib
İDMAN
13:27 05.08.2023
377
Azərbaycan klubları "Sabah” və "Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, III raundda Serbiya təmsilçisi "Partizan”la qarşılaşacaq "Sabah” mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər.

Çünki "Partizan”ın UEFA əmsalına görə, bu cütlük avqustun 7-də keçiriləcək püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacaq.

III təsnifat mərhələsinin "Neftçi” – "Beşiktaş” (Türkiyə) cütü isə əksinə, səpələnməmişlərdə olacaq.

Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. "Ayntraxt” (Almaniya), "Lill” (Fransa), "Aston Villa” (İngiltərə), "Fiorentina” (İtaliya) və "Osasuna” (İspaniya) birbaşa bu mərhələdən yarışa qoşulacaqlar. Onlardan "Osasuna” "Sabah”ın, digərləri isə "Neftçi”nin potensial rəqibləridir.

Eyni zamanda, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da "Neftçi” – "Beşiktaş” duelinin qalibinə rəqib ola bilərlər.

Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan "Bodo/Qlimt” (Norveç) – "Pünik” (Ermənistan) cütü "Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.
UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər:
"Ayntraxt” (Almaniya)
"Lill” (Fransa)
"Aston Villa” (İngiltərə)
"Fiorentina” (İtaliya)
"Brügge” (Belçika) – "Akureyri” (İslandiya) cütü
"Alkmaar” (Niderland) - "Santa Koloma” (Andorra) cütü
"Gent” (Belçika) – "Poqon” (Polşa) cütü
"Dinamo” (Kiyev, Ukrayna) - "Aris” (Yunanıstan) cütü
"Fənərbağça” (Türkiyə) – "Maribor” (Sloveniya) cütü
"Midtyullan” (Danimarka) - "Omoniya” (Kipr) cütü
"Partizan” (Serbiya) - "Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – "Hayduk” (Xorvatiya) cütü
"Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü
"Viktoriya” (Çexiya) – "Qzira” (Malta) cütü
"Bodo/Qlimt” (Norveç) – "Pünik” (Ermənistan) cütü
Avropa Liqasında "Slaviya” (Çexiya) – "Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında "Olimpiakos” (Yunanıstan) – "Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:
"Osasuna” (İspaniya)
"Lex” (Polşa) – "Spartak” (Slovakiya) cütü
"Rapid” (Avstriya) – "Debretsen” (Macarıstan) cütü
"Hapoel” (Beer Şeva, İsrail) – "Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) - "Dila” Gürcüstan) cütü
"Beşiktaş” (Türkiyə) - "Neftçi” (Azərbaycan) cütü
"Tvente” (Niderland) – "Riqa” (Latviya) cütü
"Riyeka” (Xorvatiya) - "Torshavn” (Farer adaları) cütü
"Aruka” (Portuqaliya) – "Brann” (Norveç) cütü
"Styaua” (Rimıniya) – "Nordsyelland” (Danimarka) cütü
"Legiya” (Polşa) – "Austriya” (Avstriya) cütü
"Rusenborq” (Norveç) – "Harts” (Şotlandiya) cütü
"Osiyek” (Xorvatiya) - "Adana Dəmirspor” (Türkiyə) cütü
"Hibernian” (Şotlandiya) – "Lütsern” (İsveçrə) cütü
"Tobol” (Qazaxıstan) – "Derri Siti” (İrlandiya) cütü
"Sepsi” (Rumıniya) – "Aktobe” (Qazaxıstan) cütü
"Çelye” (Sloveniya) – "Neman” (Belarus) cütü

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
00:56 06.10.2026
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
00:40 06.10.2026
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
00:29 06.10.2026
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
00:16 06.10.2026
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO