Konsulluqdan Sevinc Babayevanın ölümü ilə bağlı açıqlama

Konsulluqdan Sevinc Babayevanın ölümü ilə bağlı açıqlama
Bütün Xəbərlər
00:07 28.12.2012
1708

Azərbaycan Baş Prokurorluğu sabiq universitet rektoru Elşad Abdullayevin yaydığı videolarda adı çəkilən Sevinc Babayevanın ölməsi barədə onlara da məlumat daxil olduğunu bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib.

Baş Prokurorluq bununla bağlı əlavə dəqiqləşdirmə və araşdırmalardan sonra geniş məlumat yayacağını da bildirib.

İstanbul Prokurorluğundan isə lent.az-a bildirilib ki, hələlik şəhər polisinə və prokurorluğa bu şəhərdəki hər hansı otel və ya xəstəxanadan Sevinc Babayeva adında şəxsin ölməsi barədə məlumat daxil olmayıb: “Hadisə yeni baş veribsə, məlumatın yaxın bir neçə saat ərzində daxil olacağı istisna deyil”. 

Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov isə “BBC Azərbaycancan”a bu barədə məlumatı olmadığını deyib: “İstanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb".

Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. "Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz".

“Azadlıq” qəzeti isə Bakı şəhər Prokurorluğunun Sevinc Babayevanın oğlu Ayxan Məmmədova anasının cənazəsini gətirmək üçün Türkiyəyə getməyə icazə vermədiyini yazıb.

Məlumata görə, Sevinc Babayeva ölkədən qaçandan sonra istintaq onun oğlu Ayxan Məmmədovun ölkədən çıxmasını yasaqlayıb: “Bu gün isə Ayxan Məmmədov prokurorluğa gedərək anasının İstanbulda vəfat etdiyini bildirib və cənazəni gətirmək üçün ölkədən çıxmağa icazə istəyib, amma ona icazə verilməyib. Mənbənin sözlərinə görə, prokurorluqda Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu ölkədən çıxmaq üçün "oyun qura biləcəyindən" ehtiyatlanırlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir