“Kontakt” autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başlatdı - FOTO

“Kontakt” autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başlatdı - FOTO
İQTİSADİYYAT
10:12 19.04.2022
551

"Kontakt” mağazalar şəbəkəsi autizmli şəxslərin inkişafına dəstək olmaq məqsədilə "Ukrayna dairəsi” mağazasında təqdirəlayiq xeyriyyə yarmarkası və tədbir proqramı təşkil edib.  

Yaxın günlərdə açılışı baş tutan yarmarkada autizmli şəxslərin və onların valideynləri tərəfindən hazırlanmış bir-birindən fərqli, rəngarəng əl işləri və rəsm əsərləri zövqlə sərgilənərək ziyarətçilərin böyük marağına səbəb olub. 

Autizmli şəxslərdən ibarət "Mavi ürəklər” xorunun istedadlı musiqili çıxışları isə öz növbəsində tədbirin axarına xüsusi rəng qatıb. 

"Birgə və Sağlam” İctimai Birliyinin dəstəyi ilə baş tutan gecədə "Kontakt”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova və "Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova söz alaraq layihənin cəmiyyət üçün önəminə diqqət çəkiblər. Həmçinin, autizmli şəxslərin cəmiyyətə adaptasiya olmasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğulayıblar. 

Tədbirin davamında günün anlam və önəmini əks etdirən "puzzle” parçaları birləşdirilib. Eyni zamanda "Kontakt” mağazalar şəbəkəsinin Autizm Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi sosial videoçarx izlənilib. 

Siz də aprel ayının sonunadək "Ukrayna dairəsi”ndə yerləşən "Kontakt” mağazasına gəlib yarmarka məhsullarını əldə edə və bu xeyriyyə aksiyasına öz qatqınızı göstərə bilərsiniz. 

Qeyd edək ki, şəbəkənin bütün mağazalarında xüsusi ianə qutuları da yerləşdirilib. Sizə yaxın istənilən "Kontakt” mağazasına yaxınlaşıb ianə dəstəyinizi göstərə, Autizmə biganə qalmadığınızı göstərə bilərsiniz.  Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam” İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi”nin balansına köçürüləcək. Məhz aprel ayında yığılacaq toplam ianə məbləğini "Kontakt” ikiqat artırmağı öz öhdəliyinə götürür.  

Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, "Kontakt” Autizm Mərkəzinə 10 000 manat köçürəcək.

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan "Kontakt” hazırda "Dyson”, "Electrolux”, "WAHL”, "Toshiba”, "Black&Decker”, "Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, "Samsung”, "LG”, "Bosch”, "Huawei”, "Realme”, "Sony”, "Panasonic”, "BQ”, "Sonorous”, "Elari”, "Thomas”, "Beurer”, "Karcher”, "H Gala”, "Cassore”, "Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, "Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb