Kürdə çayında suyun səviyyəsinin artmasının Xəzər dənizinə təsiri olacaq? - VİDEO

Kürdə çayında suyun səviyyəsinin artmasının Xəzər dənizinə təsiri olacaq? - VİDEO
SOSİAL
01:08 23.04.2026
677
İntensiv yağışlardan sonra Kürdə suyun səviyyəsi artıb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu artım əsasən mövsümi xarakter daşıyır və ilin müəyyən dövrlərində təbii olaraq müşahidə olunur.

Coğrafiya İnsitutunun şöbə müdiri Ənvər Əliyev deyib ki, Kür çayında suyun səviyyəsi əsasən yaz aylarında, xüsusilə mart-may aralığında yüksəlir. Bunun başlıca səbəbi dağlıq ərazilərdə qarların əriməsi və yaz yağışlarının intensivləşməsidir. Çayın qidalandığı hövzənin böyük hissəsi Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında yerləşdiyi üçün bu ərazilərdə temperaturun artması birbaşa su axınına təsir göstərir.

Eyni tendensiya regionun digər çaylarında da müşahidə olunur. Məsələn, Araz çayı, eləcə də dağ çayları yaz mövsümündə daha sulu olur. Yay aylarında isə su səviyyəsi tədricən azalır, çünki qar ehtiyatları tükənir və yağıntıların miqdarı azalır.

Mütəxəssis onu da əlavə etdi ki, Kürdə suyun səviyyəsinin artması Xəzər dənizinin səviyyəsinə müəyyən qədər təsir göstərir. Xəzərin su balansı daha geniş amillərdən - buxarlanma, digər çaylardan daxil olan su, yağıntı və iqlim dəyişikliklərindən asılıdır. Kür çayı Xəzərə tökülən əsas çaylardan biri olsa da, onun səviyyəsindəki qısamüddətli artımlar dənizin ümumi səviyyəsində kəskin dəyişiklik yaratmır.

Ekspert hesab edir ki, hazırkı vəziyyət narahatlıq doğurmur və təbii mövsümi proses kimi qiymətləndirilməlidir.

OXŞAR XƏBƏRLƏR